AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

52

 Bakı şəhəri, 19 mart 2010-cu il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişiklik edilməsi barədə

 "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarına aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.1. adında və 1-ci bəndində "gömrük" sözlərindən sonra "miqrasiya" sözləri əlavə edilsin;

1.2. 1-ci bənd üzrə:

1.2.1. doqquzuncu abzasında "Dövlət Gömrük Komitəsi" sözlərindən sonra ", Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin;

1.2.2. on beşinci abzasında "ədliyyə" sözlərindən sonra "və miqrasiya" sözləri əlavə edilsin;

1.2.3. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin və altıncı- on beşinci abzaslar müvafiq olaraq yeddinci - on altıncı abzaslar hesab edilsin:

"Miqrasiya orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən;".

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596; 2000-ci il, № 10, maddə 764; 2001-ci il, № 3, maddə 214; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006-cı il, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007-ci il, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008-ci il, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 62-ci bəndinin səkkizinci abzasında "ədliyyə" sözündən sonra "və miqrasiya" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (II kitab), maddə 221; 2003-cü il, № 6, maddə 342; 2004-cü il, № 4, maddə 287; 2005-ci il, № 1, maddə 49, № 2, maddə 122; 2006-cı il, № 2, maddə 185, № 10, maddə 903) ilə təsdiq edilmiş "Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə"nin 2.11-ci bəndində "ədliyyə," sözündən sonra "miqrasiya," sözü əlavə edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə