Azərbaycan Respublikası Baş nazirinin müavinləri


Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


Yaqub Abdulla oğlu Eyyubov

Doğulduğu tarix və yer: 24.10.1945, Bakı şəhəri

Təhsili: ali, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndis Akademiyasının akademiki, Azərbaycan Mühəndis Akademiyasının akademiki.

Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Politexnik İnstitutu, aspirantura

Əmək fəaliyyəti:

18.02.1964-02.11.1964, Leytenant Şmidt adına Maşınqayırma zavodu;

27.11.1964-04.12.1968, ordu sıralarında xidmət;

24.10.1970-09.10.1972, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, institutun komsomol komitəsi katibinin müavini;

01.09.1972-01.01.1973, Azərbaycan Politexnik İnstitutu, baş laborant;

03.12.1973-15.11.1975, Bakı şəhəri Oktyabr rayon PK, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun partiya komitəsi katibinin müavini;

06.11.1975-06.06.1983, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, baş müəllim, dosent, dekan müavini, dekan vəzifəsini icra edən;

06.06.1983-29.02.1992, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, elmi işlər üzrə prorektor;

29.02.1992-14.03.1997, Azərbaycan Mühəndis İnşaat İnstitutu, “Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular” kafedrasının müdiri;

15.03.1997-10.07.1999, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, sədri;

10.07.1999-13.02.2003, Azərbaycan Respublikası Baş nazirinin müavini;

13.02.2003 - h/h, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP-ın Siyasi Şurasının üzvü, YAP Nazirlər Kabineti Aparatı Ərazi təşkilatının sədridir

Təltifləri: “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971).

Azərbaycan Respublikası Baş nazirinin müavini

Əli Cavad oğlu Əhmədov

Doğulduğu tarix və yer: 27.01.1953, Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndi

Təhsili: ali, fəlsəfə elmləri doktoru, professor

Bitirdiyi təhsil müəssisəsinin adı: Moskva Dövlət Tarix İnstitutu. Azərbaycan Dövlət Universitetinin aspiranturası

Əmək fəaliyyəti:

12.08.1975-11.11.1976, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi, baş elmi işçi;

11.11.1976-01.11.1977; 01.06.1979-26.11.1979, Azərbaycan Elmlər Akademiyası, arxiv müdiri;

27.11.1979-08.05.1982, Azərbaycan Dövlət Universiteti, laborant;

08.05.1982-08.12.1997, Azərbaycan Dövlət Universiteti, müəllim, böyük müəllim, Bakı Dövlət Universiteti, dosent;

07.12.1997-08.09.1999, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsi, şöbə müdirinin müavini;

09.09.1999-28.06.2000, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı;

05.11.2000-02.12.2005, ikinci çağırış;

06.11.2005-29.11.2010, üçüncü çağırış;

29.11.2010-12.11.2013, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən Partiyanın sədrinin müavini-icra katibidir.

22.10.2013 - h/h, Azərbaycan Respublikası Baş nazirinin müavini

Təltifləri: “Şöhrət” ordeni (2013, 2009-cu ildə Polşa Respublikası Prezidentinin Sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini

Əli Şamil oğlu Həsənov

Doğulduğu tarix və yer: 10.04.1948, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi

Təhsili: ali

Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Neft və Kimya İnstitutu, Bakı Ali Partiya Məktəbi

Əmək fəaliyyəti:

04.08.1969-30.05.1978, Sumqayıt Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsi, usta, iş icraçısı, böyük iş icraçısı, sahə rəisi, baş mühəndis;

30.05.1978-21.01.1980, SSRİ Kimya Nazirliyinin Sumqayıt "Kimyasənaye" Birliyi, əsaslı tikinti üzrə baş direktorun müavini, "Üzvisintez" İstehsalat Birliyi, əsaslı tikinti üzrə baş direktorun müavini;

21.01.1980-19.12.1980, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, birinci müavini;

12.12.1980-17.12.1983, Azərbaycan KP Sumqayıt Şəhər Komitəsi, ikinci katib;

18.12.1983-27.08.1992, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini;

14.01.1993-05.01.1996, "Azərikimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini;

13.02.1996-01.11.2000, Azərbaycan Respublikası Milli Məclisinin deputatı;

27.10.1997-23.05.2001, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri, 18.11.1998-ci ildən sədrin səlahiyyətlərini icra edən;

18.11.1998-21.04.2018 Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri;

21.04.2018 - h/h, Azərbaycan Respublikası Baş nazirinin müavini.

1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

2013-cü ildən Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.

Təltifləri: "Şöhrət” ordeni (2008), 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2018).

Azərbaycan Respublikası Baş nazirinin müavini

Abutalıbov Hacıbala İbrahim oğlu

Doğulduğu tarix və yer: 13 may 1944 il

Təhsili: ali, fizika-riyaziyyat elmləri doktoru, professor

Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsi

Əmək fəaliyyəti:

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad (hazırkı Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Leninqrad (indiki RF-nın Sankt-Peterburq şəhəri) Fizika-Texnika İnstitutunun aspiranturasına daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Evqeniy Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin İnstitutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır.

Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. Keçmiş SSRİ məkanında ilk dəfə öz müəllifliyi ilə Amerikanın nüfuzlu “FizRev” jurnalında böyük həcmli monoqrafiya çap etdirmişdir. “FizRev” jurnalı redaksiyasına elmi dərəcə almaq üçün təqdim edilən namizədlik və doktorluq dissertasiyalarının müəlliflik hüququna rəylərin verilməsi üzrə kollegiyanın üzvüdür. İlk dəfə laylı yarımkeçiricilərin paramaqnit xassələri və təmiz paramaqnitlərə məxsus klassik rezonans tipli dalğavari rəqslərin əsl göstəricilərini kəşf etmişdir. H.İ. Abutalıbovun rəhbərliyi altında 15-dən çox elmlər doktoru və elmlər namizədi yetişmişdir.

Əmək fəaliyyəti:

1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri, 1995-2014-cü illərdə 0.5 ştatla həmin laboratoriyanın müdiri;

16.02.1995-17.01.2000, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı.

1999-cu il iyulun 20-də “Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında” Azərbaycan Respublikasının Prezidenti 191 nömrəli Sərəncam imzalamışdır.

17.01.2000-30.01.2001, Azərbaycan Respublikası Baş nazirinin müavini;

30.01.2001-21.04.2018, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı;

21.04.2018 h/h Azərbaycan Respublikası Baş nazirinin müavini.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür, ailəlidir, iki övladı var.

Təltifləri: "Şərəf” ordeni (2014).