Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri


Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri - Ağa-Bala Şamxal oğlu Hacıyev

Doğulduğu tarix və yer: 03.02.1941, Bakı şəhəri

Təhsili: ali, texnika elmləri namizədi

Bitirdiyi təhsil müəssisəsinin adı: S.M.Kirov adına Xarkov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutu

Dövlət qulluğunun ixtisas dərəcəsi: 1-ci dərəcə dövlət müşaviri

Əmək fəaliyyəti:

02.09.1957-31.08.1960, Azərbaycan Dəmir Yolunun Bakı parovoz deposu, fəhlə, 3-cü, 4-cü və 5-ci dərəcəli çilingər;

08.06.1964-01.11.1973, “Azərenerjisazlama” müəssisəsi, texnik, mühəndis, böyük mühəndis, sahə rəisi, şef-mühəndis;

01.11.1973-14.07.1978, “Azərenerjisazlama” müəssisəsi, su-qazanxana, istilik energetika sexlərinin rəis müavini

17.07.1978-11.11.1983, Azərbaycan SSR Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri;

11.11.1983-01.10.1991, Azərbaycan SSR Dövlət Plan Komitəsi, sonradan Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin müavini, kollegiyanın üzvü;

29.09.1991-03.01.1992, Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvü;

29.11.1991-16.10.1994, Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin müdafiə sənayesi şöbəsinin müdiri;

16.10.1994-01.09.2003, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri;

01.09.2003 - h/h, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

Təltifləri: "Azərbaycan SSR Əməkdar iqtisadçısı" fəxri adı (1991), “Şöhrət" ordeni (2014),

2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2012), 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (2006).