AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ





    Bayramlar


    Yeni il bayramı (yanvarın 1 və 2-si);

    Qadınlar günü (martın 8-i);

    Faşizm üzərində qələbə günü (mayın 9-u);

    Respublika günü (mayın 28-i);

    Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);

    Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);

    Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);

    Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);

    Konstitusiya günü (noyabrın 12-si);

    Milli Dirçəliş günü (noyabrın 17-si);

    Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);

    Novruz bayramı - beş gün;

    Qurban bayramı - iki gün;

    Ramazan bayramı - iki gün.

    2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

    3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

    4. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

    5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

    7 .Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

     

    AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

    S Ə R Ə N C A M

     856s

    2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

     “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:

    1. 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.

    2. Bu Sərəncam kütləvi informasiya vasitələrində elan edilsin.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 19 dekabr 2018-ci il

     


     

     



    © Nazirlər Kabineti 2008 - 2018