AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       SƏRƏNCAMLAR | 16 Yanvar 2020 - 19:09   
    “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə


    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:

    1. “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

    2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

    Azərbaycan Respublikasının Baş Naziri

    Əli Əsədov

    Bakı şəhəri, 16 yanvar 2020-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018