AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       SƏRƏNCAMLAR | 27 Iyun 2019 - 17:21   
    Bakı şəhərindəki 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adının verilməsi haqqında


    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə:
    1. Bakı şəhərindəki 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilsin.
    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 27 iyun 2019-cu il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018