AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       SƏRƏNCAMLAR | 21 Iyun 2019 - 17:02   
    Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında


    Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Xalq artisti Amalya Əliş qızı Pənahovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə:
    1. Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.
    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 21 iyun 2019-cu il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018