AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Nazirlər Kabineti yanında Operativ Qərargah | 18 Aprel 2020 - 20:15   
    Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib


    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018