AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Nazirlər Kabineti yanında Operativ Qərargah | 05 Aprel 2020 - 19:23   
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı


    Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat etmişdir.

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olmuş,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilmişdir.

    Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.

    Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

     

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018