AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin bülletenləri | 01 Aprel 2020 - 21:08   
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 115 nömrəli Qərarına dair - İZAH

    https://cabmin.gov.az/az/document/4358/



    Nazirlər Kabinetinin 115 nömrəli Qərarı xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqındadır.

    Qanuna əsasən xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi bayramlarda və təntənəli mərasimlərdə, eləcə də tarixi hadisələrə, görkəmli xadimlərə və milli qəhrəmanlara həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni ifa edilir. Xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə:

    - Dövlət Himni qəbul edən xarici dövlətin Himninin ifasından sonra ifa edilir;

    - Himnin musiqisinin hansı üsulla ifa olunmasından asılı olmayaraq, Himn tam və yalnız Azərbaycan dilində ifa edilir. Himnin ifası zamanı Himnin sözləri və musiqisi təhrif oluna bilməz;

    - Himn ifa olunan zaman səsin təzyiqi qəbul edən xarici dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na əsasən tənzimlənir;

    - Himn ifa olunan zaman Azərbaycan Respublikasının vətəndaşları Himni ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya Himni oxumalıdırlar; həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ayaq üstə, farağat vəziyyətdə Himni sona qədər dinləməlidirlər. Bu qayda yalnız sağlamlıq imkanı məhdud olan şəxslərə şamil olunmur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018