AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 14 Yanvar 2019 - 16:47   
    Baş nazir Novruz Məmmədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb.
    Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Baş nazir Azərbaycan ilə təşkilat arasında uzunmüddətli uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirib ki, gənc ölkə olmasına baxmayaraq, Azərbaycan Ümumdünya Gömrük Təşkilatına uğurla inteqrasiya edib. Bu məsələdə Kunio Mikuriyanın xüsusi rolunu qeyd edən Novruz Məmmədov onun ölkəmizə səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmli olacağına əminliyini bildirib.
    Kunio Mikuriya da öz növbəsində, Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Ümumdünya Gömrük Təşkilatının Azərbaycanda dörd regional mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən baş katib vurğulayıb ki, ölkəmiz təşkilatın ən aktiv üzvlərindən biridir və qurumun işinə mühüm töhfə verir.
    Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının standartlarını uğurla tətbiq etdiyini söyləyən Kunio Mikuriya ölkəmizlə səmərəli əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəmiyəcəyini deyib.
    Söhbət zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı əməkdaşlığın gələcək inkişafına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018