AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 13 Noyabr 2018 - 15:29   
    Baş nazir Novruz Məmmədov Milli Məclisin plenar iclasında iştirak etmişdir


    Noyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və digər hökumət üzvləri Milli Məclisin iclasında iştirak etmişlər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ölkəmizin iqtisadi tərəqqisi istiqamətində geniş imkanlar açır. Bu, ilk növbədə dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olan başlıca amillərdəndir. Milli Məclisin noyabrın 13-də keçirilən növbəti plenar iclasında bu barədə ətraflı danışılmışdır.
    İclasın gündəliyinə 11 məsələ, o cümlədən, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" və digər qanun layihələrinin müzakirəsi daxil edilmişdir.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018