AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 23 Oktyabr 2018 - 09:27   
    Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlamışdır


     Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı  hazırlanıb.

    Bu günlərdə Nazirlər Kabinetinin internet saytında daha bir yenilik olmuşdur. Belə ki, indi artıq saytın rus dilində versiyası  fəaliyyətə başlamışdır. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları içərisində xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunmuşdur. Müstəqil Dövlətlər Birliyi məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.

    Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər  və digər informasiyalar yerləşdirilir.

    Həmçinin bütün bunlar barədə indi Twitter sosial internet şəbəkəsindən də operativ məlumat əldə etmək mümkündür. Nazirlər Kabinetinin Twitter səhifəsindən (@AzerbaijanNK) 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018