AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 08 Sentyabr 2018 - 09:02   
    Nazirlər Kabinetinin Mətbuat Xidmətinin Məlumatı


    Sentyabrın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidməti Baş nazirin yanında Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi ilə bağlı iclas keçirilməsi haqqında məlumat yaymışdır.

    Məlumatda konkret olaraq “borc əvəzinə əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi”nin müzakirə olunduğu göstərilmişdir. Nazirlər Kabinetinin mətbuat xidməti olaraq yayınladığımız informasiyanın təhrif olunaraq verilməsini peşəkar jurnalistikadan kənar hesab edir və mətbuat nümayəndələrini informasiya yayarkən daha diqqətli olmağa, xəbər cəlbediciliyi yaratmaq üçün gərəksiz üsullara əl atmamağa, peşəkar jurnalistikanın tələblərinə uyğun fəaliyyət göstərməyə çağırırıq.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018