Mayın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz Ölkələri üzrə Regional Direktoru cənab Əsəd Aləmin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.


Səmimilik şəraitində keçən görüşdə Dünya Bankının nümayəndələri Azərbaycanda aparılan iqtisadi islahatların səmərəli nəticələri barədə fikirlərini bildirmiş, iqtisadi-sosial sahələrdə ölkəmizdə müşahidə olunan böyük  irəliləyişləri xüsusi vurğulamışlar.

Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən sosial və infrastruktur layihələrinin icra vəziyyəti, əldə olunan nəticələr təhlil edilmiş, layihələrin icrasını  sürətləndirmək yolları barədə geniş müzakirələr aparılmışdır.  


Görüş zamanı Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın daha da genişləndirilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də  fikir mübadiləsi olmuşdur.


Nazirlər Kabinetinin

Mətbuat Xidməti