İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Qvineya-Bisau Respublikası Prezidentinin xüsusi nümayəndəsi – fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomesi qəbul edib.

 Söhbət zamanı qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin öz ölkəsi üçün maraq doğurduğunu vurğuladı. Daha sonra o, Qvineya-Bisau Respublikasının Prezidenti Joze Mario Vazın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubu Baş nazirə təqdim etdi.

 Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivilərinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında fikir mübadiləsi də aparıldı.  

 Nazirlər Kabinetinin

Mətbuat Xidməti