Dekabrın 22-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşmüşdür.

Azərbaycan hökumətinin başçısı bütün sahələrdə yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirərək bildirdi ki, hökumətlərarası komissiyanın bu yaxınlarda Tbilisidə keçirilmiş iclasında iqtisadi əməkdaşlığın genişlənməsinə kömək edəcək bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Gürcüstanın xarici işlər naziri Azərbaycana ilk səfərinin səmərəli keçdiyini qeyd edərək demişdir ki, ildə iki dəfə departament başçıları, xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır. AzərTAc