Davos Dünya İqtisadi Forumunun icraçı direktoru Borge Brend dekabrın 16-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə görüşündə demişdir ki, qurumun regional sammiti Bakıda keçirilə bilər. B.Brend qeyd etmişdir ki, Bakı da Almatı ilə yanaşı, 2009-cu ildə belə bir sammitin keçirilməsinə namizəddir. Azərbaycanın regionda liderlik rolu, iqtisadi sahədə böyük uğurları belə bir nüfuzlu sammitin Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas amil kimi götürülə bilər.
Xatırladaq ki, axırıncı regional sammit bu ilin oktyabr ayında İstanbulda keçirilmişdir.
Baş nazir A.Rasi-zadə dünya biznes elitası nümayəndələrinin qatıldığı sammitin Bakıda keçirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, xüsusən, qlobal maliyyə böhranı ilə əlaqədar müxtəlif ölkələrdə görülən tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

AzərTAc