Dekabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Tbilisiyə gəlmişdir.
Nümayəndə heyəti Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edəcəkdir.
Nümayəndə heyətini Tbilisi beynəlxalq hava limanında Gürcüstanın Baş naziri Qriqol Mqalobilişvili, energetika naziri Aleksandr Xetaquri, ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev və digər rəsmi şəxslər qarşılamışlar.