Noyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyənin Yüksək Öyrətim Kurulunun sədri prof. dr. Yusif Özcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə qonaqlara respublikamızda təhsil quruculuğu sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilmişdir.  

Görüş zamanı hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi zəruriliyi xüsusi vurğulanmışdır.

Qəbulda tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da  müzakirələr olmuşdur.  Nazirlər Kabinetinin Mətbuat Xidməti