Aprelin 24-də “Ulduz” sarayı dövlət iqamətgahında Bakıda rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ilə işçi lançı olmuşdur.

Səfər başa çatdı

Aprelin 24-də Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Moldovanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Təyyarənin pilləkəni yanında Prezident Vladimir Voronini Azərbaycanın Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola saldılar. AzərTAc