AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 170

Bakı şəhəri, 25 iyul 2008-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"ndə dəyişiklik edilməsi barədə

 

"Turizm haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 782 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 240) ilə təsdiq edilmiş "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nin 2.1.4-cü yarımbəndində "turizm və istirahət (rekreasiya)" sözləri "turizm və rekreasiya" sözləri ilə əvəz edilsin.


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə