AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 163

Bakı şəhəri, 21 iyul 2008-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına

əlavələr və dəyişikliklər edilməsi barədə


«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına Əlavə 1 - «Əsərin qeydiyyatı haqqında şəhadətnamənin verilmə qaydası»nın 4-cü bəndində «zəruridir» sözü «zərurəti yarandıqda əsərlər rəyə göndərilir» sözləri ilə əvəz edilsin, 6-cı bəndində «Əsərini qeydiyyatdan keçirən şəxsə» sözləri «Əsərini qeydiyyatdan keçirən hüquq sahibinə» sözləri ilə əvəz edilsin;


2. «Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 858) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

2.1. adında və 1-ci bəndində «Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının» sözləri «Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın» sözləri ilə əvəz edilsin;

2.2. 2-ci bəndində «audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorar əsərlərdən və fonoqramlardan şəxsi məqsədlərlə istifadə sahəsində müəlliflərin və digər hüquq sahiblərinin» sözləri «qonorar audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının» sözləri ilə əvəz edilsin;

2.3. həmin qərarla təsdiq edilmiş «Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları»nın:

2.3.1. adında «Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının» sözləri «Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın» sözləri ilə əvəz edilsin;

2.3.2. 1-ci bəndində «audiovizual əsərlərin və fonoqrama yazılmış əsərlərin (fonoqramların) şəxsi məqsədlər üçün» sözləri «şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən» sözləri ilə, «müəllif qonorarının» sözləri «audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorarının» sözləri ilə əvəz edilsin;

2.3.3. 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«2. Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır.»;

2.3.4. 3-cü bəndində «Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarı» sözləri «Göstərilən qonorar» sözləri ilə əvəz edilsin;

2.3.5. 5-ci bəndində «şəxsi məqsədlər üçün» sözlərindən sonra «gəlir götürmədən» sözləri əlavə edilsin;

2.3.6. 6-cı bəndində «şəxsi məqsədlər üçün» sözlərindən sonra «gəlir götürmədən» sözləri əlavə edilsin, ismin müvafiq hallarında «müəllif qonorarı» sözləri ismin müvafiq hallarında «qonorar» sözü ilə əvəz edilsin;

2.3.7. 7-ci bəndinin birinci və ikinci hissələrində «ifaçı və fonoqram» sözləri «ifaçı, fonoqram və audiovizual əsər» sözləri ilə əvəz edilsin;

2.3.8. 8-ci bəndində «müəllif qonorarı» sözləri «qonorar» sözü ilə əvəz edilsin;

2.3.9. 9-cu bəndində birinci halda «müəlliflərə və digər hüquq sahiblərinə» sözləri «audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara və audiovizual əsər istehsalçılarına, fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına» sözləri ilə, ikinci halda «müəlliflərə və digər hüquq sahiblərinə» sözləri «müəlliflərə, ifaçılara, fonoqram və audiovizual əsər istehsalçılarına» sözləri ilə əvəz edilsin;

2.3.10. 10-cu bəndində «şəxsi məqsədlər üçün» sözlərindən sonra «gəlir götürmədən» sözləri, «40 faizi» sözlərindən sonra «audiovizual» sözü əlavə edilsin.


3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə