AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 8

Bakı şəhəri, 12 yanvar 2009-cu il


"Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında

 


"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli 2643 nömrəli Sərəncamının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"  təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı" təsdiq edilsin(əlavə olunur).

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı" təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


  Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir



Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının)
S İ Y A H I S I


Sıra
№-si

İxtisasların (proqramların) şifri və adı

1

2

3

 

1. Təhsil ixtisasları qrupu

1.

050101

  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2.

050102

  Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

3.

050103

  Xarici dil müəllimliyi (dillər üzrə)

4.

050104

  Fizika müəllimliyi

5.

050105

  Riyaziyyat və informatika müəllimliyi

6.

050106

  Riyaziyyat müəllimliyi

7.

050107

  Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)

8.

050108

  Texnologiya müəllimliyi

9.

050109

  Musiqi müəllimliyi

10.

050110

  Biologiya müəllimliyi

11.

050111

  Kimya müəllimliyi

12.

050112

  Kimya və biologiya müəllimliyi

13.

050113

  Tarix müəllimliyi

14.

050114

  Tarix və coğrafiya müəllimliyi

15.

050115

  Coğrafiya müəllimliyi

16.

050116

  İnformatika müəllimliyi

17.

050117

  Təsviri incəsənət müəllimliyi

18.

050118

  İbtidai sinif müəllimliyi

19.

050119

  Korreksiyaedici təlim

20.

050120

  Məktəbəqədər təlim və tərbiyə

21.

050121

  Təhsildə sosial-psixoloji xidmət

 

2. Humanitar və sosial ixtisaslar qrupu

22.

050201

  Filologiya

23.

050202

  Fəlsəfə

24.

050203

  Tərcümə (dillər üzrə)

25.

050204

  Jurnalistika

26.

050205

  Kitabşünaslıq

27.

050206

  Tarix

28.

050207

  Antropologiya

29.

050208

  Politologiya

30.

050209

  Psixologiya

31.

050210

  Sosiologiya

32.

050211

  Regionşünaslıq (regionlar üzrə)

33.

050212

  Hüquqşünaslıq

34.

050213

  Beynəlxalq münasibətlər

35.

050214

  Dinşünaslıq

36.

050215

  Kitabxanaçılıq və informasiya 

 

3. Mədəniyyət və incəsənət ixtisasları qrupu

37.

050301

  Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

38.

050302

  Sənətşünaslıq

39.

050303

  İnstrumental ifaçılıq

40.

050304

  Solo oxuma

41.

050305

  Dirijorluq

42.

050306

  Bəstəkarlıq

43.

050307

  Musiqişünaslıq

44.

050308

  Xoreoqrafiya sənəti

45.

050309

  Estrada sənəti

46.

050310

  Xalq çalğı alətləri ifaçılığı

47.

050311

  Aktyor sənəti

48.

050312

  Dekorativ sənət

49.

050313

  Teatrşünaslıq

50.

050314

  Bədii yaradıcılıq və ekran dramaturgiyası

51.

050315

  Rejissorluq

52.

050316

  Kinoşünaslıq

53.

050317

  Operator sənəti

54.

050318

  Rəngkarlıq

55.

050319

  Qrafika

56.

050320

  Heykəltəraşlıq

57.

050321

  Dizayn

 

4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

58.

050401

  Dünya iqtisadiyyatı

59.

050402

  Mühasibat uçotu və audit

60.

050403

  Maliyyə

61.

050404

  İqtisadiyyat

62.

050405

  Sənayenin təşkili və idarə olunması

63.

050406

  Statistika

64.

050407

  Menecment

65.

050408

  Marketinq

66.

050409

  Biznesin idarə edilməsi

67.

050410

  Dövlət və bələdiyyə idarəetməsi

68.

050411

  Kommersiya

 

5. Təbiət ixtisasları qrupu

69.

050501

  Riyaziyyat

70.

050502

  Mexanika

71.

050503

  Fizika

72.

050504

  Kimya

73.

050505

  Biologiya

74.

050506

  Coğrafiya

75.

050507

  Hidrometeorologiya

76.

050508

  Geologiya

77.

050509

  Kompüter elmləri

78.

050510

  Ekologiya

 

6. Texniki və texnoloji ixtisaslar qrupu

79.

050601

  Materialşünaslıq mühəndisliyi

80.

050602

  Geologiya mühəndisliyi

81.

050603

  Hidrogeologiya mühəndisliyi

82.

050604

  Geofizika mühəndisliyi

83.

050605

  Dağ-mədən mühəndisliyi

84.

050606

  Neft-qaz mühəndisliyi

85.

050607

  Neft-qaz qurğuları mühəndisliyi

86.

050608

  Elektroenergetika mühəndisliyi

87.

050609

  İstilik energetikası mühəndisliyi

88.

050610

  Enerji maşınqayırması mühəndisliyi

89.

050611

  Metallurgiya mühəndisliyi

90.

050612

  Maşın mühəndisliyi

91.

050613

  Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

92.

050614

  Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

93.

050615

  Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

94.

050616

  Uçuş mühəndisliyi

95.

050617

  Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

96.

050618

  Dəniz texnikası və texnologiyası mühəndisliyi

97.

050619

  Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

98.

050620

  Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi

99.

050621

  Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

100.

050622

  Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

101.

050623

  Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

102.

050624

  Cihazqayırma mühəndisliyi

103.

050625

  Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

104.

050626

  Elektrik mühəndisliyi

105.

050627

  Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

106.

050628

  Proseslərin avtomatlaşdırılması mühəndisliyi

107.

050629

  Mexatronika və robototexnika mühəndisliyi

108.

050630

  Mexanika mühəndisliyi

109.

050631

  Kompüter mühəndisliyi

110.

050632

  İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

111.

050633

  Memarlıq

112.

050634

  İnşaat mühəndisliyi

113.

050635

  Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

114.

050636

  Nəqliyyat tikintisi mühəndisliyi

115.

050637

  Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

116.

050638

  Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi

117.

050639

  Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

118.

050640

  Geodeziya və xəritəçilik mühəndisliyi              

119.

050641

  Kimya mühəndisliyi

120.

050642

  Qida məhsulları mühəndisliyi

121.

050643

  Çoxişlənən malların texnologiyası mühəndisliyi

122.

050644

  İstehlak mallarının ekspertizası və marketinqi

123.

050645

  Poliqrafiya mühəndisliyi

124.

050646

  Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

125.

050647

  Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

126.

050648

  Biotibbi texnologiya mühəndisliyi

127.

050649

  Ekologiya mühəndisliyi

 

7. Kənd təsərrüfatı ixtisasları qrupu

128.

050701

  Torpaqşünaslıq və aqrokimya

129.

050702

  Aqronomluq

130.

050703

  Zootexniklik

131.

050704

  Baytarlıq

132.

050705

  Yer quruluşu, torpaq və şəhər kadastrı

133.

050706

  Aqromühəndislik

134.

050707

  Balıqçılıq və balıqçılıq təsərrüfatı işi

135.

050708

  Meşəçilik

136.

050709

  Su bioehtiyatları və akvabitkilər

 

8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu

137.

050801

  Müalicə işi

138.

050802

  Pediatriya

139.

050803

  Hərbi həkim işi

140.

050804

  Tibbi profilaktika

141.

050805

  Stomatologiya

142.

050806

  Əczaçılıq

143.

050807

  Həkim yardımçısı

144.

050808

  Tibbi biologiya

145.

050809

  Bədən tərbiyəsi və idman

146.

050810

  Turizm və otelçilik

147.

050811

  Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)

148.

050812

  Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi

149.

050813

  Sosial iş


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının

 

S İ Y A H I S I


1. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı"nın 2-5-ci sütunları çıxarılsın.

2. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may tarixli 82 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №5, maddə 331) 1-ci bəndinin ikinci abzası çıxarılsın.

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli  54 nömrəli və "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2001-ci il 30 iyun tarixli 119 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 440) 2-ci bəndinin ikinci abzası çıxarılsın.

4. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına  dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 8 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 87) 1-ci bəndinin ikinci abzası çıxarılsın.

5. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2005-ci il 25 aprel tarixli 75 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 389) 1-ci bəndinin ikinci abzası çıxarılsın.

6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli  və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli  54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2006-cı il 8 aprel tarixli 102 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 372) 1-ci bəndi çıxarılsın.

7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 mart tarixli 56 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 311)  1-ci bəndi çıxarılsın.

8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2007-ci il 10 may tarixli 72 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №5, maddə 542) 1-ci bəndi çıxarılsın.



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə  təsdiq edilmişdir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

 

S İ Y A H I S I


1. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 1998-ci il 16 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №2, maddə 129).

2. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2000-ci il 2 noyabr tarixli 198 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 819).

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı"na əlavə edilməsi barədə" Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2002-ci il 5 aprel tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №4 (II kitab), maddə 202).

4. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 19 mart tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №3, maddə 170).

5. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 aprel tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2004-cü il, №4, maddə 289).