AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 7

Bakı şəhəri, 8 yanvar 2009-cu il


"Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi barədə                                                                                         

                                                                                            

  "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 30 avqust  tarixli  624  nömrəli Fərmanının  6-cı bəndinin  ikinci abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər  Sisteminin müasir tələblərə uyğunlaşdırılaraq təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsınə tapşırılsın ki, hər ilin sonunda Tədbirlər Planının icrasına dair ümumiləşdirilmiş məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  təqdim etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2 ay müddətində bu qərarın icrası ilə bağlı müvafiq təşkilatlarla razılaşdırılmış təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4.  Bu  qərar  imzalandığı  gündən  qüvvəyə  minir.



Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il  8 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin təkmilləşdirilməsi üzrə

Tədbirlər Planı


Sıra

№-si

 

Tədbirlər

 

İcraçı      təşkilatlar

 

İcra müddəti

 

1

2

3

4

1.

Azərbaycan Respublikasının Tikinti     

Məcəlləsi  layihəsinin hazırlanması

Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət   Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2009-cu ilin

I yarımilliyi

2.

Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin yeniləşdirilməsi və təkmilləşdirilməsi üzrə müvafiq proqram layihəsinin hazırlanması

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,   Ədliyyə Nazirliyi

 2009-cu ilin

I yarımilliyi

3.

Azərbaycan   Respublikasının

Dövlət tikinti normativ sənədlərinin həmin proqramın çərçivəsində təhlil edilərək yeniləşdirilməsi və təkmilləşdirilməsi

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Sənaye və Energetika Nazirliyi,

Maliyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti,  "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji" Səhmdar

Cəmiyyəti

2009-2011-ci illər

4.

Azərbaycan Respublikasının seysmoloji təhlükəsizliyi üzrə proqram layihəsinin hazırlanması

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2009-cu ilin  

II yarımilliyi

5.

Zəlzələlər riski ilə bağlı seysmik təhlükənin və zərərin azaldılması, həmçinin effektiv  konstruktiv həllərin hazırlanması ilə bina və qurğuların möhkəmliyi və uzunömürlülüyünün təmin edilməsi üzrə tikinti sahəsində tətbiqi elmi tədqiqatların aparılması

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 2009-2011-ci  illər

6.

Tikinti, şəhərsalma və memarlıq fəaliyyəti sahəsində Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

2009-cu  il ərzində