AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 4

Bakı şəhəri, 7 yanvar 2009-cu il


«Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə 700, № 7, maddə 743, № 12, maddə 1355; 2008-ci il, № 4, maddə 325, № 7, maddələr 672, 687; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 noyabr tarixli 256 nömrəli qərarı) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»nda «Qrup 90-dan» hissəsi aşağıdakı redaksiyada verilsin:


"Qrup 90-dan     

9021 31 000 0 - süni oynaqlar

9021 39 900 0 - digərləri

9021 40 000 0 - eşitmə aparatları, hissə və ləvazimatlarından başqa

9021 90 100 0 - eşitmə aparatlarının hissə və ləvazimatları

9021 90 900 0 - digərləri"


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


               

Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə