AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

1

Bakı şəhəri, 6 yanvar 2009-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

 

"Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 52 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:    


1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 59; 2003-cü il, № 6, maddə 351; 2007-ci il, № 11, maddə 1186) ilə təsdiq edilmiş "Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları"nın 6-cı bölməsindən "Prezidenti yanında" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 676; 2004-cü il, № 2, maddə 115; 2005-ci il, № 9, maddə 860, № 12, maddə 1234; 2006-cı il, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007-ci il, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008-ci il, № 1, maddə 37, № 10, maddə 928; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 271 nömrəli qərarı) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 20.2-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 866; 2006-cı il, № 3, maddə 303, № 5 maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007-ci il, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008-ci il, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Büdcə xərclərinin inzibati təsnifatı"nda "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 542; 2006-cı il, № 11, maddə 1003) ilə təsdiq edilmiş "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 5.11-ci və 9.13-cü bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 192, № 5, maddə 461; 2008-ci il, № 1, maddə 39)  ilə təsdiq edilmiş "İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları"nın 1.2-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın "İnzibati orqanların adı" sütununun 28-ci bəndindən (hər iki halda) "Prezidenti yanında" sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 8 oktyabr tarixli 160 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1020; 2008-ci il, № 1, maddə 42) ilə təsdiq edilmiş "Atçılığın inkişafı üzrə Proqram"ın "7.Atçılığın inkişafı üzrə Proqramın həyata keçirilməsi üçün 2008-2012-ci illər üzrə tədbirlər planı"nın 7.2.1-ci və 7.4.1-ci yarımbəndlərinin "İcraçı təşkilatlar" sütunundan "Prezidenti yanında" sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 313) ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi, dövriyyəsindən əldə olunan vəsaitin və uduş fondunun bölünməsi Qaydaları"nın 2.2-ci və 2.3-cü bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri   A. Rasi-zadə