AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 280

Bakı şəhəri, 24 dekabr  2008-ci il

"Ezamiyyə xərclərinin  normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25  yanvar tarixli  14 nömrəli qərarına əlavələr edilməsi barədə


Azərbaycan   Respublikasının  Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  25  yanvar tarixli 14 nömrəli qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,  № 1,  maddə 44, № 6, maddə 589) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Rəhbər işçilərin  ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin  1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası" cədvəlinin 1-ci bəndində "mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri" sözlərindən sonra ",Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri" sözləri, 2-ci bəndində isə  "mərkəzi icra  hakimiyyəti orqanları rəhbərlərinin müavinləri" sözlərindən sonra ",Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası sədrinin müavini" sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respulikasının Baş naziri  A. Rasi-zadə