AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 279

Bakı şəhəri, 22 dekabr  2008-ci il

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin strukturunda dəyişikliklər edilməsi haqqında


«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

              1. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin ayrı-ayrı struktur bölmələrinin gələcək fəaliyyətinin iqtisadi baxımdan qeyri-səmərəli olması ilə əlaqədar, onların funksiyalarının «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin aparatına və digər struktur bölmələrinə həvalə edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin strukturu»ndan  «Azalhelikopter» Bakı Aviasiya Şirkəti» və «Beynəlxalq Kommersiya İdarəsi» sözləri çıxarılsın.

            2. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, müəssisənin istehsalat fəaliyyətinin tənzimlənməsi ilə bağlı zəruri tədbirlər həyata keçirsin.

            3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri   A. Rasi-zadə