AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 278

Bakı şəhəri, 20 dekabr  2008-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" 2006-cı il 28 iyul tarixli 189 nömrəli qərarında dəyişikliklər edilməsi və "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" 2007-ci il 18 dekabr tarixli 204 nömrəli qərarının qüvvədən düşmüş  hesab edilməsi barədə


"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu"nun təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 654; 2008-ci il, № 6, maddələr 584, 586) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu"nun cədvəlindən "Ali məktəblər", "Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması institutları", "Orta ixtisas məktəbləri", "Peşə liseyi və peşə məktəbləri", "Məktəbəqədər uşaq müəssisələri", "Ümumi orta təhsil müəssisələri", "İnternat tipli təhsil müəssisələri", "Xüsusi rejimli internat məktəbləri", "Xüsusi məktəb", "Məktəbdənkənar təhsil müəssisələri və digər təşkilatlar" və "Təsərrüfat hesablı təşkilatlar" qrafaları çıxarılsın.

2. "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 dekabr tarixli 204 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1340) (2-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

3.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə


















        №-li nüsxə