AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 275

Bakı şəhəri, 15 dekabr  2008-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»də dəyişiklik  edilməsi barədə


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı  (Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 676;  2004-cü il, № 2, maddə 115;  2005-ci il, № 9, maddə 860, № 12, maddə 1234;  2006-cı il, № 2, maddələr  204, 205,  № 9, maddə 822, № 12, maddə 1159;  2007-ci il, № 8, maddələr 849, 857, № 10, maddə 1025;  2008-ci il,  № 1, maddə 37;  Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 oktyabr tarixli 239 nömrəli qərarı) ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»in  8.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«8.2. tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti.».

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə