AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 274

Bakı şəhəri, 11 dekabr  2008-ci il

2009-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında


Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən Azərbaycan Respublikasının  Nazirlər Kabineti QƏRARA ALIR: 

1. 2009-cu ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 20, 21 sentyabr  Ramazan bayramı,  27, 28  noyabr  Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə































        №-li nüsxə