AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 273

Bakı şəhəri, 6 dekabr  2008-ci il

 

«Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının sərəncamına verilməsi Qaydası»nın təsdiq edilməsi barədə

«Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 795 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2008-ci il 6 dekabr tarixli 273 nömrəli qərarı ilə
təsdiq dilmişdir                                                                                      


                                                                           

 


Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının (təşkilatlarının)  sərəncamına verilməsi Qaydası


1. Bu Qayda «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 16.6-cı bəndinə və «Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 795 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların (bundan sonra - dövlət əmlakı) müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi qaydasını müəyyən edir.

2. Dövlət əmlakı müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən inventarlaşdırılır.

3. Dövlət əmlakına olan tələbat araşdırılır və həmin əmlakın müvafiq dövlət orqanının (təşkilatının) balansına verilməsi barədə Komitə tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verilir.

4. Təqdimat əsaslı hesab edildiyi halda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən müvafiq qərarda (sərəncamda) dövlət əmlakının müvafiq dövlət orqanının (təşkilatının) sərəncamına verilməsinin konkret müddətləri müəyyən edilir.

5. Dövlət əmlakı balanssaxlayan təşkilatın təhvil aktına əsasən müvafiq dövlət orqanının (təşkilatının) sərəncamına verilir. Dövlət əmlakı müvafiq qaydada təhvil verilənədək onun mühafizəsinə və qorunub saxlanılmasına görə balanssaxlayan təşkilat məsuliyyət daşıyır.

6. Dövlət əmlakının verilməsi onun müvafiq dövlət orqanının (təşkilatının) balansında əks etdirilməsindən sonra başa çatmış hesab edilir.