AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 234

Bakı şəhəri, 27  sentyabr 2008-ci il


"Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı"nın təsdiq edilməsi haqqında


 "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 24 iyun tarixli 787 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  27 sentyabr tarixli 234 nömrəli qərarı ilə  təsdiq edilmişdir

 

Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların

 

         S İ Y A H I S I

 

1.  Mərkəzi icra hakimiyyəti orqanları:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binası;

2. Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binaları.