AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 233

Bakı şəhəri, 27  sentyabr 2008-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi

qərarlarına dəyişikliklər və əlavə edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2973,  2974, 2977 və 2978 nömrəli sərəncamlarının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə"nin 14-cü bəndinin ikinci abzasında (hər iki halda) "yaralanmaq, kontuziya almaq və ya şikəst olmaq" sözləri "xəsarət (yaralanma, travma, kontuziya) almaq" sözləri ilə əvəz edilsin, "həlak olmuş" sözlərindən sonra "(ölmüş)" sözü əlavə edilsin.

2. "Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il  23 noyabr 631 nömrəli qərarının 2-ci bəndinin "a)" yarımbəndinin ikinci abzasından  ", şikəstlik" sözü çıxarılsın.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə