AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 232

Bakı şəhəri, 23  sentyabr 2008-ci il


Azərbaycan Respublikasının 2009-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin  layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2009-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında


«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə»  Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq proqramlar əsasında hazırladığı «Azərbaycan Respublikasının 2009-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri» və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi «Azərbaycan Respublikasının 2009-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri» bəyənilsin.

2. Bu sənədlər və «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri  A. Rasi-zadə