AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 229

Bakı şəhəri, 23 sentyabr 2008-ci il

İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2008-ci ilin 27 sentyabr istirahət günü ilə 29 sentyabr iş gününün yeri dəyişdirilsin.

2. Bu qərar imzalandığı gündən güvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə