AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 228

Bakı şəhəri, 23 sentyabr 2008-ci il


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması haqqında

 

Yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların  alınmasında, informasiya texnologiyalarının inkişafında nanotexnologiya-ların həlledici rolunu nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsinin layihəsini, struktur və ştat sayı barədə təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə