AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 206

Bakı şəhəri, 10 sentyabr 2008-ci il


"İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə  və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar  tarixli 3 nömrəli qərarına əlavələr və dəyişiklik edilməsi barədə


"Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 66; 2004-cü il, № 8, maddə 657; 2008-ci il, № 2, maddə 130) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.1. qərarın adında və 1-ci bəndində "ailə üzvlərinə" sözlərindən sonra "və himayəsində olan digər şəxslərə" sözləri əlavə edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği" üzrə:

1.2.1.  adında, 1.1-ci bəndin ikinci abzasında və 3.9-cu bənddə "ailə üzvlərinə" sözlərindən sonra "və himayəsində olan digər şəxslərə" sözləri əlavə edilsin;

1.2.2.  aşağıdakı məzmunda 1.2-ci bənd əlavə edilsin, 1.2, 1.3, 1.4-cü bəndlər müvafiq olaraq 1.3, 1.4, 1.5-ci bəndlər hesab edilsin:

"1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.".


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri    A. Rasi-zadə