AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 203

Bakı şəhəri, 5 sentyabr 2008-ci il


«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa  əsasən  pensiya  təyin  edilməsi  dövlət qulluqçusunun müraciət  etdiyi  vaxt dövlət məvacibinin hesablandığı  dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək  dövlət,  sovet,  partiya  orqanlarında çalışmış  dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması  Siyahısı»nın  təsdiq  edilməsi  barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya  daxil  olmayan  vəzifələrin İnzibati  və  yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə»  Azərbaycan   Respublikası Nazirlər Kabinetinin 2007-ci il  15 may  tarixli  77  nömrəli qərarına əlavələr edilməsi haqqında

«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 547; 2008-ci il, № 1, maddə 38) ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»na aşağıdakı əlavələr edilsin:

1.1.   «1991-ci il oktyabrın 18-dək» sözlərindən əvvəl «I.» rəqəmi əlavə edilsin;

1.2.   aşağıdakı məzmunda II bölmə əlavə edilsin:


II. 1991-ci il oktyabrın 18-dən dövlət, sovet,

partiya orqanlarında, İnzibati və yardımçı

vəzifələrin Təsnifat Toplusu qüvvəyə

minənədək mövcud olan Azərbaycan

 Respublikasının (Naxçıvan Muxtar

Respublikasının) dövlət qulluğu

 vəzifələrinin adları


                               1

                          2

  • 1. Azərbaycan Respublikası (Naxçıvan

Muxtar Respublikası) Nazirlər Kabineti

yanında baş idarənin, idarənin və digər

idarəetmə orqanlarının aparatında:

1. Azərbaycan Respublikası (Naxçıvan

 Muxtar Respublikası) Nazirlər Kabineti

 yanında və ya onun qərarı ilə yaradılan

 orqanlarının aparatlarında:


«Məhəmməd Füzulinin anadan olmasının

500 illiyi haqqında» Azərbaycan

Respublikası Prezidentinin 1994-cü il

16 mart tarixli 118 nömrəli Fərmanı ilə

yaradılmış Dövlət Komissiyasının işçi

qrupunun:


rəhbəri

aparıcı şöbənin müdiri

baş mütəxəssis

böyük məsləhətçi

inspektor

məsləhətçi

                                                                                               

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri    A. Rasi-zadə