AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 199

Bakı şəhəri, 28 avqust 2008-ci il


«Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavələr edilməsi haqqında

 

«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 56) ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na aşağıdakı əlavələr edilsin:

1.1.  10.2-ci bəndin «a» yarımbəndinə aşağıdakı məzmunda iyirmi doqquzuncu - otuz ikinci abzaslar əlavə edilsin:

«daxiliyanma mühərriklərinin maşinistləri;

qüllə quraşdırıcıları;

qüllə quraşdırıcı-qaynaqçıları;

qüllə quraşdırıcı-elektrik montyorları»;

1.2.  10.2-ci bəndin «b» yarımbəndinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

«qüllə quraşdırma işlərinin iş icraçıları».


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri    A. Rasi-zadə