AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 194

Bakı şəhəri, 20 avqust 2008-ci il


«Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda  çalışan işçilərin aylıq vəzifə maaşları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 19 fevral tarixli 35 nömrəli qərarına əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 19 fevral tarixli 35 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 195, № 9, maddələr 921, 926; 2008-ci il, № 5, maddələr 440, 441) 12 nömrəli əlavənin adında «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzi» sözlərindən sonra «, Qanunsuz Miqrantların Saxlanılması Mərkəzləri» sözləri, cədvəlin «Vəzifələrin adı» sütununda «komendant» sözündən sonra isə «, tibb bacısı» sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə