AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 188

Bakı səhəri, 14 avqust 2008-ci il


       «Azərbaycan Respublikasının Göygöl Milli Parkının ərazisinin xüsusi  mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü»nün təsdiq edilməsi haqqında

 

«Azərbaycan Respublikasının Göygöl Milli Parkının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli 2744 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər  Kabineti QƏRARA ALIR:


1. «Azərbaycan Respublikasının Göygöl Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü»  əlavə olunan xəritədə və aşağıda göstərilmiş hüdudlarda təsdiq edilsin:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 6739  hektar;

 təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona - 50 hektar;

turizm və istirahət (rekreasiya) zonası -  4439 hektar;

turistlərə və başqalarına xidmət göstərilən zona - 20 hektar;       

milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası - 1507 hektar.

2. Azərbaycan SSR Nazirlər Sovetinin «Göygöl dövlət qoruğunun bərpa edilməsi haqqında» 1965-ci il 14 iyul tarixli 475 nömrəli qərarı və «Göygöl gölü rayonunun təbiətinin qorunması, tikililərin və abadlaşdırmanın sahmanlaşdırılması  üzrə tədbirlər  haqqında»  1966-cı  il  5  oktyabr  tarixli  548 nömrəli  qərarının 1-ci, 3-cü, 4-cü, 5-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə