AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZIRLƏR KABINETI

QƏRAR

№ 154

Bakı şəhəri, 10 iyul  2008-ci il

 

«Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 166-19 nömrəli qərarının məxfiliyinin açılması barədə

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 166-19 nömrəli qərarının məxfiliyi açılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

Baş naziri                                                            A. Rasi-zadə