AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 187

Bakı şəhəri, 14 avqust 2008-ci il


"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında

 

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 619-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 783 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin

 

S i y a h ı s ı

 

bütün tipli, markalı, modelli traktorlar, onların qoşquları, tarla işlərində istifadə edilən  asma-qoşma kənd təsərrüfatı mexanizmləri;

küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən digər özüyeriyən texnikalar, ekskavatorlar, buldozerlər və tırtıllı mexaniki nəqliyyat vasitələri;

plantaj şum aparmaq, sahələri hamarlamaq, çəltik səpini, tarlanın hazırlanması üçün silos və senaj quyularının qazılması, yaşıl kütlənin tapdanması və basdırılması üçün buldozerlər və ekskavatorlar;

mineral və üzvü gübrələrin yığılması və yüklənməsi üçün yükləyicilər;

kənd təsərrüfatı məhsulları emalı sənayesi sahəsində yükləmə və boşaltma işlərində istifadə edilən avtoyükləyicilər və digər  markalı texnikalar;

fermer təsərrüfatında suvarma xətlərinin çəkilişində istifadə edilən, taxıl yığımından əvvəl isə həmin xətlərin doldurulması üçün ekskavator və buldozerlər; 

suvarma kanallarının çəkilişi, təmizlənməsi işlərində istifadə edilən bütün markalı skreyperlər, buldozerlər;

tarlalararası yolların çəkilməsi və təmiri üçün qreyderlər və digər texnikalar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir



Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin

 

S i y a h ı s ı

 

  Şassi üzərində quraşdırılmış payavuran qurğu

  Yol freyzeri

  Yol üçün bordyurdöşəyən nəqliyyat vasitəsi

  Asfalt döşəyən nəqliyyat vasitəsi

  Qalaqlayıcı nəqliyyat vasitəsi

  Xüsusi texnoloji xidmət üçün nəqliyyat vasitəsi

  Qazma işləri üçün nasos aqreqatları

  Təkərli kompressorlar

  Boru düzən nəqliyyat vasitəsi

  Özüdolduran mexanizmlər

  Qreyderlər

  Skreperlər

  Katok (vərdənə)

  Traktor bazasında quraşdırılmış kran

  Təkərli mexanizmlər

  Təkərli qaynaq aqreqatları

  Təkərli generatorlar

  Qat təmizləyən traktorlar

  Yolnişanlayıcı nəqliyyat vasitələri

  Ekskavatorlar

  Buldozerlər

  Yükləyicilər

  Qəza-bərpa nəqliyyat vasitəsi

  Elektromühərriklə işləyən nəqliyyat vasitələri

  Qoşqu və yarımqoşqulu mexanizmlər