AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 186

Bakı şəhəri, 12 avqust 2008-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər və əlavələr edilməsi barədə

 

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 619-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 783 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 195; 2001-ci il, № 10, maddə 663; 2003-cü il, № 6, maddə 342; 2006-cı il, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008-ci il, № 2, maddələr 116, 125) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 1.2-ci bəndində aşağıdakı əlavə və dəyişiklik edilsin:

1.1. 3-cü yarımbənddə "ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrini (traktorları), kənd təsərrüfatında istifadə olunan və" sözləri "traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən" sözləri ilə əvəz edilsin;

1.2. 4-cü yarımbənddə "nəqliyyat vasitələrini" sözlərindən sonra ", həmçinin bu bəndin 3) yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrini" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 196; 2001-ci il, № 10, maddə 663; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 4, maddə 386; 2006-cı il, № 5, maddə 463, № 9, maddə 822; 2008-ci il, № 2, maddə 125) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"nin 1.1-ci bəndində aşağıdakı əlavə və dəyişiklik edlisin:

2.1. 3-cü yarımbənddə "ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrinə (traktorlara), kənd təsərrüfatında istifadə olunan və" sözləri "traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən" sözləri ilə əvəz edilsin;

2.2. 4-cü yarımbənddə "nəqliyyat vasitələrinə" sözlərindən sonra ", həmçinin bu bəndin 3) yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə" sözləri əlavə edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri   A. Rasi-zadə