AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 181

Bakı şəhəri, 11 avqust 2008-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqlar  üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa  gəlirlərinin növləri"nə dəyişiklik edilməsi barədə

 

 

"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyul tarixli 800 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 98 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 348; 2004-cü il, № 9, maddə 747; 2005-ci il, № 12, maddə 1244; 2006-cı il, № 9, maddə 819; 2007-ci il, № 2, maddə 185) ilə təsdiq edilmiş «Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri»nin 2-ci bəndindən ", eləcə də məhkumların yeməyinə, onlara verilmiş paltara çəkilən xərclərin və xüsusi müalicənin dəyərinin" sözləri çıxarılsın.


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə