AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 180

Bakı şəhəri, 11 avqust 2008-ci il


Sahibkarlıq subyektlərinin "Nəzarət kitabçası" ilə təminatının yaxşılaşdırılması barədə

 


Ölkədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektlərinin "Nəzarət Kitabçası" ilə təminatının sadələşdirilməsi, o cümlədən bu kitabçaların sahibkarlıq subyektlərinə əvəzsiz olaraq verilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, "Nəzarət Kitabçası"nın çapı üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 300.000 (üç yüz min) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə ayrılmasını təmin etsin.


2. "Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 748) ilə təsdiq edilmiş "Nəzarət Kitabçası" haqqında Əsasnamə"nin 1.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"1.5. Nazirlik sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq "Nəzarət kitabçası" ilə təmin edir.".


3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə