AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№179

Bakı şəhəri, 11 avqust 2008-ci il

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi barədə

 

"Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası"nın təsdiq edilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 yanvar tarixli 2620 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.


3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri      A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2008-ci il  11 avqust  tarixli 179 nömrəli qərarı ilə  təsdiq edilmişdir

  

 

2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı 
Sıra N-siTədbirin adıİcraçı orqanlarİcra müddəti (illər üzrə)
1234
1. Səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi 
1.1.Səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin monitorinqinin keçirilməsi (ilkin tibbi xidmətin maliyyələşdirilməsi, stasionarların maliyyələşdirilməsi, səhiyyənin maddi-texniki bazasının vəziyyəti və sair)Səhiyyə Nazirliyi,                                            Maliyyə Nazirliyi2008
1.2.Mövcud əməkhaqqı sisteminin  qiymətləndirilməsi (əməkhaqqını müəyyən edən amillər, orta aylıq əməkhaqqının səviyyəsi, əməkhaqqının əməyin nəticəsinə olan stimula təsiri və sair)Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi2008
1.3.Səhiyyənin mövcud maliyyələşdirilmə sistemində olan problemlərin müəyyən edilməsiSəhiyyə Nazirliyi,                                            Maliyyə Nazirliyi2008
2. Səhiyyənin maliyyələşdirilməsinin islahatı prosesinin normativ hüquqi tənzimlənməsi 
2.1.Azərbaycan Respublikası Prezidentinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 dekabr tarixli 241 nömrəli və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 503-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 27 dekabr tarixli 693 nömrəli fərmanlarında nəzərdə tutulan tədbirlərin icrasının yekunlaşdırılması Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi2008-2009
2.2.Səhiyyənin maliyyələşdirilməsini tənzimləyən qanunvericilik aktlarının monitorinqinin aparılması, onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasıNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi2008-2009
2.3.Tibbi xidmət  təchizatçılarının (mülkiyyət formasından asılı olmayaraq) seçilməsinə olan tələb və  meyarlar, eləcə də tariflərin müəyyənləşdirilməsi, xərclərin əvəzinin ödənilməsi, icbari tibbi sığorta subyektlərinin hüquqlarının tənzimlənməsi məsələlərini əhatə edən, baza zərfinə daxil olan xidmətlərin alınmasını tənzimləyən qaydaların hazırlanması Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi2008-2009
2.4.Səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı konsepsiyasının həyata keçirilməsini təmin edən normativ hüquqi aktların layihələrinin hazırlanmasıSəhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi2008-2010
2.5.Könüllü tibbi sığortanın gələcək inkişafını və təkmilləşdirilməsini təmin edən normativ sənədlərin hazırlanmasıSəhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi2008-2010
3. Qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və Nazirlər Kabineti yanında  İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyinin potensialının inkişafı 
3.1.Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi (Səhiyyə Sektorunun İslahatları Layihəsi) çərçivəsində Dünya Bankının ekspertlərini cəlb etməklə, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiq edilməsi üçün tədbirlərin görülməsi Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2008-2012 
3.2.Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin institusional baxımdan möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi2008-2009
3.3.Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcə layihəsinin hazırlanması və müvafiq qaydada təsdiq olunması üçün təqdim edilməsiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi hər il  
4. Səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi 
4.1.Baza zərfinə daxil olan xidmətlərlə təmin etmək üçün tibbi xidmət təchizatçılarının yeni maliyyələşdirmə sisteminin işlənib hazırlanması və pilot rayonlarda sınaqdan keçirilməsiSəhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi2008 – 2009
4.2.Tibbi xidmətlərin dəyərinin qiymətləndirilməsi üzrə tədqiqatların və baza zərfinin pilot rayonlarda sınaqdan keçirilməsinin nəticələri əsasında baza zərfinin dəqiqləşdirilmiş strukturunun müəyyən edilməsiSəhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi2009-2010
4.3.Pilot rayonlarda əldə edilmiş təcrübə əsasında yeni maliyyələşdirmə üsullarının və baza zərfinə daxil olan xidmətlərin alınması prosedurlarının təkmilləşdirilməsi və tədricən genişləndirilməsi üzrə tədbirlərin görülməsiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi2009 – 2011
4.4.Baza zərfinə daxil olmayan xidmətlərin əhali tərəfindən könüllü tibbi sığorta  vasitəsilə əldə edilməsi imkanının yaradılması  məqsədi ilə sığortaçılarla müvafiq işlərin aparılmasıNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi2009-2012
4.5.Növbəti il üçün baza zərfinə daxil olan xidmətlər üzrə təkliflərin  hazırlanmasıNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi,hər il
5. Tədris və maarifləndirmə
5.1.İcbari tibbi sığorta işinin təşkili sahəsində tibbi xidmət  təchizatçılarının (mülkiyyət formasından asılı olmayaraq)  rəhbərlərinin hazırlığı üzrə müvafiq proqramların hazırlanmasıSəhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi2008-2009
5.2.Səhiyyə sistemində kadrların ixtisaslarının və peşəkarlığının artırılması işinin müasir tələblər səviyyəsində təşkiliSəhiyyə Nazirliyi2008-2012
5.3.Tibbi xidmət  təchizatçılarının (mülkiyyət formasından asılı olmayaraq) işçiləri üçün müvafiq treninqlərin keçirilməsiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi2008-2012
5.4.Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri üçün müvafiq treninqlərin keçirilməsiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi  2008-2012
5.5.İcbari tibbi sığorta daxilində yeni maliyyələşdirmə sisteminin tətbiqini təmin edən məlumat bankının  formalaşdırılması və səhiyyə üzrə vahid informasiya sisteminin yaradılmasına aid təkliflərin hazırlanmasıSəhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi2009 - 2010
5.6.Əhalinin səhiyyə sistemində aparılan islahatlar və baza zərfinə daxil olan xidmətlər haqqında maarifləndirilməsiSəhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyimütəmadi
6. Monitorinq və qiymətləndirmə
6.1.Tibbi xidmətlərin keyfiyyətinin, baza zərfinə daxil olan xidmətlərin alınması prosedurlarının və tibbi xidmət təchizatçılarının maliyyələşdirilməsi üsullarının daha da təkmilləşdirilməsi üçün tədbirlərin  həyata keçirilməsi və monitorinqlərin aparılmasıNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi2008-2012
6.2.Əhalinin tibbi xidmətlərdən istifadə imkanlarında mövcud dəyişikliklərin qiymətləndirilməsiNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi2012