AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№174

Bakı şəhəri, 31 iyul 2008-ci il


«Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il   14 iyun tarixli 146 nömrəli qərarına dəyişiklik və əlavə edilməsi barədə


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 574; 2007-ci il  №11, maddə 1180) 2-ci bəndində «Qurbanov Həsənağa Əli oğlu" sözləri "Əliyev Əlikram Hacıağa oğlu" sözləri ilə əvəz edilsin və "Səttarova Cəmilə Məmmədağa qızı - Respublika Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədri" sözlərindən sonra "Məmmədov Cahangir Tokay oğlu - Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri" sözləri əlavə edilsin.


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri   A. Rasi-zadə